Futbolçular imtina etdi -Maaşları azaldılmasın
İspaniya La Liqası və Sequndada çıxış edən komandaların kapitanları koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarının azaldılması fikri ilə razılaşmayıblar.
Sportfm.az xəbər verir ki, İspaniya Futbolçular Birliyinin prezidenti David Aqanso komandaların kapitanları ilə söhbət edib. Oyunçular maaşlarının azaldılmasına qarşı çıxıblar.
İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər.
Qeyd edə ki, daha öncə “Barselona”, “Espanyol” və “Alaves”in məvacibləri azaltdığı bildirilib. “Barselona”nın oyunçuları bu qərarla razılaşmayıblar. İspaniyanın digər nəhəng klubu “Real Madrid” isə oyunçularının maaşlarını azaltmağı planlaşdırmır.
Sequndada çıxış edən "Albasete" komandasının heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb.
Oxşar xəbərlər
3 futbolçu maaşının azaldılmasına razıdır – “Barselona”da
Futbolçular məşqdən imtina etdi - Maaşlarının azaldılmasına görə
Futbolçular klublarına qarşı çıxdılar
Futbolçuların maaşı 70 faiz azaldıldı
Futbolçular maaşlarının azaldılmasına qarşı çıxdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası