İddiaçılar Turniri azarkeşsiz keçiriləcək
Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri azarkeşsiz keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə TASS-a turnirin Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Təşkilat Komitəsi məhdudiyyətin koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.
Xatırladaq ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus təhlükəsinə görə İddiaçılar Turnirində iştirakdan imtina edib. 33 yaşlı qrossmeysteri Maksim Vaşye-Laqrav əvəzləyib.
Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Van Hao (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
İddiaçılar turnirinin bərpa vaxtı dəqiqləşdi
İddiaçılar turniri yarımçıq dayandırıldı
İddiaçılar turniri başa çatacaqmı? - Qrişuk inanmır
Bu gün iddiaçılar turniri start götürəcək
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası