reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" məşqləri dayandırdı


"Qəbələ" İdman Klubu bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu addım koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə atılıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.

Oxşar xəbərlər

Gəncədə məşq olmayacaq
"Sabah" məşqləri dayandırdı
"Sumqayıt" klubu fəaliyyətini dayandırdı
"Neftçi"də fəaliyyətini dayandırdı - Koronavirusa görə
Azərbaycan çempionatının oyunları təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər