Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avrokubokların formatı dəyişir -“Dördlər finalı” ola bilər
UEFA Çempionlar Liqası və Avropa Liqasını “Dördlər finalı” formatında keçirə bilər.
Sportfm.az xəbər verir ki, UEFA-nın baş katibi Corcio Marketti martın 17-də keçiriləcək toplantıda bu təkliflə çıxış edəcək.
Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə 4 gün kifayət edəcək.
Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul, Avropa Liqasının həlledici qarşılaşması isə Polşanın Qdansk şəhərində baş tutmalıdır.
Koronavirusa görə UEFA turnirləri müvəqqəti təxirə salıb.
Oxşar xəbərlər
Superkubokun formatında dəyişlik ediləcək
UEFA 1/8 finalın oyunları ilə bağlı qərar verdi
Avrokubokların formatı dəyişdirilir
"Dördlər finalı" Almaniyada keçiriləcək
Avrokubokların yeni formatı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası