Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zabit Səmədovun döyüşü təxirə salındı
Azərbaycanın tanınmış kikboksçusu, K-1 döyüşçüsü Zabit Səmədovun Bakıda keçirəcəyi idmançı karyerasının son döyüşü təxirə salınıb.
Sportfm.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində aprelin 11-nə planlaşdırılmış döyüş ölkədə koronavirusla bağlı xüsusi rejimin tətbiq olunması ilə bağlı nəzərdə tutulmuş tarixdə baş tutmayacaq.
Döyüşün vaxtı Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətinə ölkədə idman yarışlarının keçirilməsinin təxirə salınması ilə bağlı qərarından sonra qeyri-müəyyən müddətədək uzadılıb. Bu barədə döyüşün digər iştirakçısı, ingilis Ceyms MakSvininin menecerinə də məlumat verilib.(oxu.az)
Oxşar xəbərlər
AFFA liqaların startını təxirə saldı
Azərbaycan çempionatının yeni mövsümü də təxirə salınır?
Zabit Səmədov vida döyüşünə odun yararaq hazırlaşır - VİDEO
Gənclər Liqasının bərpa tarixi açıqlandı
Zabit Səmədov Bakıda döyüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası