Zabit Səmədov vida döyüşünə odun yararaq hazırlaşır - VİDEO
Dünyanı bürüyən koronavirus pandemiyası idmana da böyük zərbə vurdu.
Sportfm.az xəbər verir ki, bir çox futbol liqaları, iri miqyaslı yarışlarla yanaşı, əvvəlcədən planlaşdırılan vacib döyüşlər də təxirə salındı. Belə döyüşlərdən biri Bakıda baş tutmalı idi. Kikboks üzrə dəfələrlə dünya çempionu olan Zabit Səmədov Heydər Əliyev adına İdman-Konsert Kompleksində aprelin 11-nə planlaşdırılmış döyüşü ölkədə koronavirusla bağlı xüsusi rejimin tətbiq olunması ilə bağlı nəzərdə tutulmuş tarixdə keçirilmədi. İngilis Ceyms MakSvininlə döyüşün vaxtı Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra qeyri-müəyyən müddətədək uzadıldı. Ancaq, döyüş təxirə salınsa da, Zabit Səmədov formada qalmaq üçün aktiv şəkildə məşqlərini davam etdirir. Hazırda Belarusun paytaxtı Minskdə olan dünyanın ən yaxşı kikboksçularından biri olan Səmədov qeyri-adi şəraitdə hazırlaşır. Z.Səmədov hər şeyin vida döyüşündən asılı olacağını, karyerası ilə bağlı qərarını sonuncu dəfə rinqdəki çıxışından sonra verəcəyini açıqlayıb. Həmin görüntüləri sizlərə təqdim edirik.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |