reklam
Ramil Şeydayev həmyerliləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

Ramil Şeydayev həmyerliləri ilə görüşdü -FOTO


Azərbaycan millisi və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev Kürdəmirə yollanıb.

Sportfm.az xəbər verir ki, əslən Kürdəmirdən olan 24 yaşlı hücumçu doğma şəhərində həmyerliləri ilə görüşüb.

Kürdəmir şəhər stadionunda gerçəkləşən görüşə çoxlu sayda rayon sakini qatılıb. Şeydayev yerli sakinlərlə söhbət zamanı rayonda futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.

Milli üzvü Kürdəmirdə futbola münasibətin qənaətbəxş olmadığını bildirib və bundan sonra mütəmadi olaraq rayona gələcəyini, gənclərə bu sahədə mənəvi dəstək olacağını vurğulayıb.

Bundan başqa, Şeydayev gənc futbolçulara stimul olsun deyə, kiçik hədiyyələr də təqdim edib.

Hücumçu deyib ki, artıq neçənci dəfədir Kürdəmirə səfər edir və rayonun Cəyli kəndindəki qohum-əqrabası ilə görüşür. Kürdəmirdə olmağından məmnunluğunu ifadə edən forvard bundan sonra da tez-tez rayona gələcəyini bildirib.

Sonda Şeydayev rayon sakinləri ilə xatirə şəkilləri çəkdirib. (report)

Oxşar xəbərlər

Axır ki, Ramil Şeydayev qol vurdu - Türkiyə 1-ci Liqası
Ramil Şeydayev Türkiyəyə gəlir
Ramil Şeydayev hazırlıq matçında - FOTO
Ramil Şeydayev “Sabah”ı tərk etdi - Müqavilə bitdi
Ramil Şeydayev - əla futbolçu, gözəl insan - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər