reklam
Balayev
Sportfm.az xəbər saytı

Balayev "Zirə"yə keçidindən danışdı -FOTO


"Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır".

Sportfm.az xəbər verir ki, bu sözləri "Zirə"nin yeni transferi Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib.

Keçidi ilə bağlı danışan Azərbaycan millisinin qapıçısı bildirib ki, bu komandada yığmada bərabər oynadığı futbolçular çıxış edir: "Burada əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, 26 yaşlı qolkiper "Zirə" ilə mövsümün sonunadək müqavilə bağlayıb.

 

Oxşar xəbərlər

"Arzuladığımız uğurları qazanacağıq” - "Sabah"ın yeni transferi
"Təcrübəmlə "Zirə"yə kömək edə biləcəyəm" - Riçard Almeyda
Emil Balayev Azərbaycandan getməkdə qərarlıdı
Emil Balayev "Zirə"də qalacaq? - Yeni müqavilə təklif olunacaq
Balayevin yeni klubu bəlli oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər