reklam
Sportfm.az xəbər saytı

"Sivaspor" 5 qol buraxdı, "Qalatasaray" 4 qol vurdu


Türkiyə Super Liqasında 20-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Başakşəhər” “Gənclərbirliyi”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.

Baş məşqçi postuna keçmiş futbolçusu Sərgən Yalçını gətirən “Beşiktaş” bu turda “Rizəspor” səfərinə yollanıb və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşündə “Trabzonspor” doğma azarkeşləri qarşısında “Fənərbaxça” ilə münasibətlərinə aydınlıq gətirib. Qaradəniz təmsilçisi iddialı rəqibini məğlub yola salıb.

Bazar günü dörd qarşılaşma baş tutub. “Ankaragücü” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” “Yeni Malatyaspor”u, “Qaziantep” isə lider “Sivasspor”u darmadağınla yola salıb. “Qalatasaray” da “Kayserispor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası, 20-ci tur

31 yanvar

Başakşəhər – Gənclərbirliyi 3:1
Qol
: Krivelli, 8. Vişça, 48; 73 – Ayite, 29.

1 fevral

Antalyaspor – Konyaspor 0:0

Rizəspor – Beşiktaş 1:2
Qol
: Şkoda, 36 – B.Yılmaz, 29. G.Gönül, 79.

Trabzonspor – Fənərbaxça 2:1
Qol
: Sorlot, 15. Novak, 32 – Kruse, 1.

2 fevral

Ankaragücü – Kasımpaşa 1:1
Qol
: Q.Rodriqes, 50-pen – Tiam, 7.

Alanyaspor – Yeni Malatyaspor 2:1
Qol
: Bakasetas, 45+1. Sisse, 48-pen – Çebake, 90+3.

Qaziantep – Sivasspor 5:1
Qol
: Maksim, 4; 44. M.Demir, 39. Diarra, 78. K.Özer, 86 – H.Arslan, 31.

Qalatasaray – Kayserispor 4:1
Qol
: A.Büyük, 5. Donk, 21. Fequli, 64; 90+4 – Mesanoviç, 69.

3 fevral

21:00 Dənizlispor – Göztəpə

Oxşar xəbərlər

"Fənərbaxça" məğlubiyyətdən yaxa qurtardı
"Trabzonspor"a çempionluq yolunda növbəti zərbə - Super Liqa
"Qalatasaray" yenə xal itkisi ilə üzləşdi - Super Liqa
Super Liqada liderlər qalib gəldi
Türkiyə Super Liqasının lideri yenə dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər