“Futbolçular yükün altından yaxşı çıxdılar” -Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Sportfm.az xəbər verir ki, mütəxəssis, əvvəlcə görüş barədə fikirlərini bildirib.
-Həm bizdə, həm də “Zirə”də çətin durum var idi. Qış fasiləsindən sonra sərgilədiyimiz oyun qarşıda daha yaxşı nəticələr olacağına inam verirdi. Sadəcə, nəticə yox idi. Komandanın göstərdiyi futbol bizi qane edirdi və inanırdıq ki, bu vəziyyətdən çıxacağıq. Sevinirik ki, bu gün futbolçulardan istədiyimizi görə bildik.
-İkinci hissədə komandanın daha yaxşı olması üçün hansı tapşırıqlar verdiniz?
-Oyunu hissələrə bölə bilməzdim. Komandanın ilk yarıda göstərdiyi futboldan məmnun qaldım. Tapşırıqları fasiləyə qədər yaxşı icra etdilər. İkinci hissədə risk etməliydik. Komandanın üzərinə artıq yük düşürdü. Sevinirəm ki, futbolçular bu yükün altından yaxşı çıxdılar.
-Abdelrafik Jerarın oynamaması nə ilə bağlı idi?
-Məşqdə zədələnib. Buna görə meydana çıxmadı.
-Bu qələbə daha yaxşı nəticələr üçün başlanğıc ola bilərmi?
- Bu komandanın potensialı var, oynamağı bacarır. Qışa kimi də göstərmişdik ki, necə təhlükəli, baxımlı futbol oynaya bilirik. Fasilədə aparıcı futbolçularımızın bir neçəsi getdi. Yeni gələnlər elə dövrdə qoşuldular ki, onların adaptasiya olmasına vaxt lazım idi. Getdikcə daha yaxşı olacağımıza inanıram.
Oxşar xəbərlər
"Mən müdafiədə oturan komanda istəmirəm" - Elmar Baxşıyev
"Bu hesab gözlənilməz oldu" - Elmar Baxşıyev
Litvanın millisinin baş məşqçisi:"Nəticə oyuna görə oldu"
"Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq" - Emin İmaməliyev
Mirabdulla Abbasov: Uduza da bilərdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası