"Bu hesab gözlənilməz oldu" -Elmar Baxşıyev
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt" üzərində 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
- Bu hesab bizim üçün də gözlənilməz oldu. "Sumqayıt"ın heyətində yaxşı futbolçular var. Çox təhlükəli komandadır. Həftə ərzində nəyin üstündə hazırlaşmışdıqsa, bu gün futbolçularım onu da göstərdi. Bu da bizi sevindirməyə bilməz.
- "Neftçi" ilə ötən ev oyununda azarkeşlər sizi istefaya səsləmişdi. O şüarlar sanki komandanızı silkələyib.
- Açığı, o istefa şüarlarını normal qarşıladıq. Nəticə olmayanda, azarkeşlərin o cür şüarlar qışqırması normaldır.
-Deyirsiniz ki, həmin hadisənin təsiri olmadı.
- Olmadı. Əvvəldən bilirdik ki, qış fasiləsindən sonra bizə bir az çətin olacaq. İki aparıcı futbolçumuz komandanı tərk elədi və yeni gələnlər adaptasiya prosesi keçdiyi üçün istədiyimiz nəticələri qazana bilmirdik. Vaxt keçdikcə, nəticələrimiz düzəlir. Mən əvvəl də demişəm ki, bu komanda futbol oynamağı bacarır, potensialı var və daha artığını etməyə qadirdir.
Oxşar xəbərlər
"Heyətlə bağlı sıxıntımız var idi" - Elmar Baxşıyev
"Hücum xəttinə yeni futbolçu düşünürük" - Elmar Baxşıyev
"Meydanda istədiyim komandanı görə bilirəm" - Elmar Baxşıyev
"Mən müdafiədə oturan komanda istəmirəm" - Elmar Baxşıyev
“Futbolçular yükün altından yaxşı çıxdılar” - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası