reklam
Millimiz böyükhesabla uduzdu
Sportfm.az xəbər saytı

Millimiz böyükhesabla uduzdu


Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb. Sportfm.az-ın məlumatına görə, yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olub. İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda davam etdirə bilməyib. Hər hissədə qapısında iki qol görən yığmamız meydandan böyükhesablı məğlubiyyətlə ayrılıb. 

DÇ-2018, seçmə mərhələ
"C" qrupu
IV tur

Şimali İrlandiya - Azərbaycan 4:0 
Qollar: Lafferti, 27 (1:0), MkAuley, 40 (2:0), MkLauhlin, 66 (3:0), Brunt, 83 (4:0)
 
Baş hakim: Klément Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. "Vindzor Park” stadionu
 
Şimali irlandiya: 1. Maykl Makqovern (q), 2. Konor Maklafin, 3. Şeyn Ferqüson, 4. Qaret Makoli, 5. Conni Evans, 8. Stiven Devis (k), 10. Kayl Lafferti, 11. Kris Brant, 13. Korri Evans, 16. Oliver Norvud, 21. Coş Macenni
Ehtiyat oyunçular: 12. Alan Mannus (q), 23. Trevor Karson (q), 6. Lii Hodson, 7. Nial Makgin, 9. Uill Qrik, 14. Liam Boys, 15. Rayan Makgivern, 17. Paddi Makneyr, 18. Aaron Hyuz, 19. Paul Paton, 20. Metyu Lund, 22. Tomaz Flanaqan
Baş məşqçi: Maykl Onil
 
Azərbaycan: 1. Kamran Ağayev (q), 6. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 3. Məhəmməd Mirzəbəyov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev (k), 16. Emin Mahmudov, 22. Əfran İsmayılov, 20. Ramil Şeydayev, 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavlo Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namik Ələskərov, 11. Dəniz Yılmaz, 13. Dmitri Nazarov, 14. Elvin Məmmədov, 15. Ruslan Abışov, 17. Tərlan Quliyev, 18. Ağabala Ramazanov
Baş məşqçi: Robert Prosineçki

Oxşar xəbərlər

Yığmamız son dəqiqələrdə məğlub oldu - YENİLƏNİR
"Qlazqo Reyncers"in futbolçusu Bakıya gəlir
Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal "11-liy"i - SORĞU
Millimiz Çexiyadan bir xalla qayıdır
Millimiz seçmə mərhələyə üç xalla başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər