reklam
Əvəz Azərbaycan çempionatında əvəzolunmazdır
Sportfm.az xəbər saytı

Əvəz Azərbaycan çempionatında əvəzolunmazdır


Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda 55 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında toplam 195 kiloqram (85+110) çəkini ram edən Əvəz Tağıyev qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kiloqram (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kiloqram (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Oxşar xəbərlər

Mərziyyə Azərbaycanın ən güclü qadınıdır - FOTO
Ağır atletika üzrə Azərbaycan çempionatı start götürdü
Azərbaycan çempionatında qaliblər məlum oldu
Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər