reklam
Azərbaycan çempionatında qaliblər məlum oldu
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında qaliblər məlum oldu


Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyinin ikinci günündə ilk olaraq 77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər qüvvələrini sınayıblar.

Sportfm.az xəbər verir ki, iki hərəkətin cəmində 286 kiloqram (125+161) nəticə ilə rəqiblərini üstələyən Kənan Əliquliyev qızıl medala layiq görülüb. İkinci yeri 254 kiloqram (112+142) nəticə ilə İsmayıl Baxışov, üçüncü yeri isə 243 kiloqram (108+135) nəticə ilə Rəsul Nəsrullayev tutublar.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Oxşar xəbərlər

Əvəz Azərbaycan çempionatında əvəzolunmazdır
Mərziyyə Azərbaycanın ən güclü qadınıdır - FOTO
Azərbaycan çempionatının qalibləri məlum oldu
Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər