Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Soyuq hava Türkiyə çempionatına təsir etdi
Avropada hökm sürən qarlı hava şəraiti Türkiyə Superliqasına da təsirsiz ötüşməyib.
Sportfm.az xəbər verir ki, sabah keçirilməsi nəzərdə tutulan “Göztəpə” - “Rizəspor” qarşılaşması təxirə salınıb.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Qarşılaşmanın keçirilmə vaxtı daha sonra müəyyənləşəcək.
TFF 1-ci, 2-ci və 3-cü liqa oyunlarından da bir neçəsinin təxirə salındığını açıqlayıb.
Xatırladaq ki, fırtına və qarlı hava səbəbindən Almaniya Bundesliqasında “Borussiya” (Münhenqladbax) – “Köln”, İngiltərə Premer Liqasında "Mançester Siti" - "Vest Hem", həmçinin Niderland və Belçika çempionatlarının bu günə nəzərdə tutulan matçları təxirə salınıb.
Oxşar xəbərlər
Super Liqanın oyunu təxirə salındı - Havaya görə
Çempionat oyunları təxirə salındı - Qara görə
“Turan Tovuz” və “Kəpəz”in oyunu təxirə salındı - I Divizion
4 oyun təxirə salındı - Niderlandda
“Qalatasaray”ın oyunu təxirə salındı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası