reklam
Formula 1 pilotu dəbilqəsini Roma Papasına hədiyyə etdi -
Sportfm.az xəbər saytı

Formula 1 pilotu dəbilqəsini Roma Papasına hədiyyə etdi -FOTO


Formula 1 pilotu, “Alfa Romeo” komandasının sürücüsü Antonio Covinatsi Roma Papası Fransisk ilə görüşüb.

Sportfm.az xəbər verir ki, görüşdə pilot dəbilqəsinin surətini Roma Papasına hədiyyə edib.

“Sauber Holding AG”nin prezidenti Paskal Piççinin və “Alfa Romeo” komandası rəhbərliyinin də iştirak etdikləri görüşdə gənclərin idmanda uğurlu çıxışları və bunun üçün əlverişli şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Roma Papası Fransisk daha əvvəl Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todd və Formula E çempionatında çıxış edən bir qrup pilot ilə görüşmüşdü.

 

Oxşar xəbərlər

Britaniyalı pilot "Mercedes"lə müqavilə bağladı - Formula 1
"Alfa Romeo" iki pilotu ilə müqaviləni yenilədi - Formula 1
"Formula 1"də ikinci gün - AFİŞA
Beş pilot jurnalistlərin qarşısına çıxacaq
Formula 1-də yeni komanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər