reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" transfer etmək istədiyi futbolçu heyətdən kənarda qaldı


Türkiyənin "Fənərbaxça" klubu qış transfer dönəmində "Qarabağ"ın maraqlandığı Alper Potukla bağlı sərt qərar verib.

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətdən kənarlaşdırıb. Alper Türkiyə Futbol Federasiyasına təqdim olunan heyətdən çıxarılıb. 

Alper Potuk qışda "Qarabağ"la yanaşı, "Rizəspor"dan da təklif almışdı. Türkiyə millisinin üzvü 2013-cü ildə "Əskişəhərspor"dan "Fənərbaxça"ya keçib. Onun "sarı-lacıvərdlilər"lə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Oxşar xəbərlər

"Qalatasaray"da yeni müqavilə
Alper Potukun "Qarabağ"ı niyə seçmədi?
“Qarabağ” “Fənərbaxça”nın oyunçusu ilə razılığa gəldi
Kosovo millisinin üzvü rəsmən "Fənərbaxça"da
Volkan yenə "Qarabağ"dan danışdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər