“Böyük dəbilqə”də Azərbaycan böyük heyətlə çıxış edəcək -SİYAHI
Fevralın 21-dən 23-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan böyük heyətlə - 18 cüdoçu ilə təmsil olunacaq.
Sportfm.az xəbər verir ki, turnirdə Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq) mübarizə aparacaqlar. Ağır çəkili cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.
Yarışda 122 ölkədən 900-dək cüdoçu mübarizə aparacaq.
Oxşar xəbərlər
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
Cüdo yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
Avropa Oyunlarına 13 cüdoçu ilə yollanırıq
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası