reklam
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
Sportfm.az xəbər saytı

“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq


Fevralın 22-dən 24-dək Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycanı bu nüfuzlu yarışda 18 idmançı – 12 kişi, 6 qadın cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qalib adı uğrunda mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq), İrina Kindzerska (+78 kq) yarışacaqlar.

Turnirdə 100-ə yaxın ölkədən 700-dən cüdoçu mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycanı 13 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də Azərbaycan böyük heyətlə çıxış edəcək - SİYAHI
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər