Klublarımız son yoxlama oyunlarını keçirəcəklər
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları son yoxlama oyunlarını keçirəcəklər.
Sportfm.az xəbər verir ki, "Qarabağ", "Sumqayıt", "Qəbələ" və "Səbail" komandaları son matçlarına çıxacaqlar. Ağdam təmsilçisi bu gün iki görüş keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Bakı vaxtıyla saat 12:30-da Çexiyanın "Siqma", 18:30-da isə Polşanın "Vİsla" (Plok) klubuyla üz-üzə gələcək.
"Sumqayıt" Qazaxıstan təmsilçisi “Şaxtyor" (Karaqanda) münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmanın Baxkı vaxtı ilə saat 18:00-da başlaması nəzərdə tutulub. "Səbail"in Polşa "Korona"sı ilə matçı Bakı vaxtı ilə saat 16:00-da olacaq.
"Qəbələ" sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:30-da çalınacaq.
Oxşar xəbərlər
Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır - Yoxlama görüşü
"Qarabağ" və "Qəbələ"nin növbəti oyunları - Yoxlama görüşü
"Qarabağ"ın ilk oyununun başlama saatı bilindi - Yoxlama matçı
Bu gün klublarımız yoxlama oyunu keçirəcək
Bir gündə 3 oyun - Klublarımız Antalyada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası