Millimizin kapitanı Rizvan Fərzəliyev:"Bizim üçün yaxşı məqam deyil"
Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının bu gün mətbuat üçün açıq məşqi keçirilib.
Sportfm.az xəbər verir ki, məşqdən əvvəl yığmanın kapitanı Rizvan Fərzəliyevin brifinqi keçirilib. Təcrübəli oyunçu rəqibləri dəyərləndirib: “İlk oyunda meydan sahibi komanda ilə qarşılaşacağıq. Bir tərəfdən yaxşıdır, əsas rəqibimizlə üz-üzə gələcəyik, amma meydan sahibi olmaları, heyətlərində keyfiyyətli futzalçıların olması bizim üçün yaxşı məqam deyil. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir”.
Fərzəliyev Rusiya millisini heç də aşkar favorit hesab etmir: “Deməzdim ki, Rusiya millisi aşkar favoritdir. Rusiya yığması ilə yaxın keçmişdə turnirlərdə üz-üzə gəlmişik. Bizdən heç də aşkar üstün deyildirlər. Razıyam, təcrübəli komandadır, dəfələrlə Avropa, dünya çempionatlarının finalında iştirak edib. İstənilən hər bir komandanın şansı bərabərdir. Komandamıza güvənirəm, inanıram və mərhələ adlayacağımıza inanıram”.
Oxşar xəbərlər
"Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm" - Kapitandan açıqlama
"Reytinq xallarımızı da artırmaq istəyirdik" - Rizvan Fərzəliyev
"11 ay az müddət deyil" - Rizvan Fərzəliyev
Millinin mətbuat üçün açıq məşqi olacaq
Yığma komandamızın baş məşqçisi püşkü dəyərləndirdi: "Rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası