reklam
Kubokda məğlubiyyəti ona bağışlamadılar -
Sportfm.az xəbər saytı

Kubokda məğlubiyyəti ona bağışlamadılar -FOTO


Türkiyənin "Yeni Malatyaspor” klubu baş məşqçisi Sergen Yalçını qovub. 

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ötən gün Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində "Sivasspor”a qarşı ilk oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşən klubun rəhbərliyi çıxış yolunu baş məşqçi dəyişikliyində görüb. Bu gün Sergen Yalçınla görüşən rəhbərlik onu istefaya göndərib. 

Qeyd edək ki, "Yeni Malatyaspor” Sergen Yalçının rəhbərliyi altındakı son 8 qarşılaşmadan yalnız birində qələbə qazanıb. Sözügedən komanda Türkiyə Super Liqasında ilk dövrəni 24 xalla 8-ci pillədə bitirib.

Oxşar xəbərlər

Sergen "Neftçi" ilə danışıqlar üçün Bakıya gəlir
"Beşiktaş" Sərgənlə bağlı qərarını verdi - Yola davam
Sərgən Yalçın yenidən "Beşiktaş"da - 1 illik müqavilə
Sergen Yalçın "Beşiktaş" rəhbərliyinə qarşı gəldi - Müqavilə
7-ci sırada olan komandanın baş məşqçisi dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər