reklam
Azərbaycan Kubokunda daha 5 oyun
Sportfm.az xəbər saytı

Azərbaycan Kubokunda daha 5 oyun


Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun keçirilib.

Sportfm.az xəbər verir ki, günün ilk oyununda ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil ediləcək Çempionlar Liqasında təmsil edəcək “Ulduz”la “Dalğa” qarşılaşıb.

Görüş “Dalğa”nın qələbəsiylə yekunlaşıb. “Star karqo-2” “Qarabağ Füzuli”ni, “Atletiko Baku” “Metropoliten”i, “Advokat” “Rayyan”ı, “Red Line” isə “Timsport”u məğlub edib.

Azərbaycan kuboku, 1/32 final

11 yanvar

Dalğa – Ulduz 3:1

Star karqo-2 – Qarabağ Füzuli 8:3

Atletiko Baku – Metropoliten 7:3

Advokat – Rayyan MFC 8:3

Timsport – Red Line 1:15

Mərhələnin qalan 10 oyunu yanvarın 12-də keçiriləcək.

Oxşar xəbərlər

Birinci və İkinci liqaların püşkü atılacaq
Birinci və İkinci liqaların püşkü atılacaq
Azərbaycan kubokunda cavab oyunlarının vaxtı bilindi
VII turun oyun cədvəli məlum oldu
4-cü turun oyun cədvəli açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər