Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rauf Əliyevin transferi baş tutdu -"Səbail"də oynayacaq
“Neftçi”nin bir neçə gün öncə müqaviləsinə xitam verdiyi hücumçusu Rauf Əliyevin yeni komandası müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 30 yaşlı forvard bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumatı yayıb. Əliyev yeni klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Qeyd edək ki, Rauf “Neftçi”yə mövsümün əvvəlində keçsə də, klub qışda ondan imtina etdi. Yığmamızın da şərəfini qorumuş futbolçu karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Kukesi” (Albaniya) və “Qəbələ”də də forma geyinib.

Oxşar xəbərlər
Rauf Əliyev Gəncə klubunda - RƏSMİ
Rauf Əliyev 300-ə çatdı - Azərbaycan çempionatı
“Səbail”də Rauf Əliyev sevinci - Məşqlərə başladı
Rauf Əliyev "Neftçi"də - FOTO
Rauf Əliyev “Qəbələ”yə yollandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası