reklam
Sportfm.az xəbər saytı

"Sabah" 250 min avroluq futbolçu transfer etdi


“Sabah” yeni transferini gerçəkləşdirib. 

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Qoritsa” klubunun dayaq yarımmüdafiəçisi Mario Marinanı transfer edib. Bu barədə Velika-Qoritsa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Xəbərdə 30 yaşlı yarımmüdafiəçinin "Sabah"a transfer olduğu qeyd edilib. Transferin detalları isə açıqlanmayıb. 

Xorvatiya və Bosniya və Herseqovina vətəndaşlığı olan Mario bu mövsümdə Xorvatiya çempionatında 13 oyun keçirib. O, Xorvatiyanın “Zaqora”, “Dinara Knin”, “Sibenik”, Bosniya və Herseqovinanın “Şiroki Brieq” klublarında oynayıb. 

Xorvatiya mətbuatı "Sabah"ın bu keçid üçün 250 min avro təzminat ödədiyini yazıb

Oxşar xəbərlər

Xorvatiya millisinin sabiq üzvü "Sabah"da - TRANSFER
"Qalatasaray"da portuqaliyalı futbolçu - Transfer
"Sabah" yeni transferini açıqladı
Ozan Can Kökcü "Sabah"da - RƏSMİ
"Sabah" ukraynalı futbolçu transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər