Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futzalçıdan şok etiraf:”Bəzi oyunları hakimlər çay içə-içə idarə edir” -VİDEO
Noyabrın 3-də "Futsal time" adlı proqram, növbəti dəfə idmansevərlərin görüşünə gəlib.
SPORTFM-dən canlı yayımda efirdə gedən proqramda aparıcı Araz Əhmədovla yanaşı, futzal üzrə birinci liqada çıxış edən "Hell Energy” komandasının kapitanı Elvin Zeynalov, "İFFA” klubunun oynayan-məşqçisi Fuad Cəfərov və kollektivin kapitanı Nicat Cəfərov, "Bestcomp” futzalçıları Fuad Hüseynov və Edqar Vəliyev, həmçinin idman jurnalisti Orxan Hüseynov iştirak ediblər. Bir saat ərzində futzalmızın ümumi vəziyyətindən bəhs edən qonaqlar, birinci liqada baş tutan görüşlərdən klubların baza və maliyyə ilə bağlı problemlərindən, uşaq yaşlarında futzalla məşğul olmaq çətinliklərindən söhbət açıblar.
Qeyd edək ki, "Futsal time" proqramı hər həftənin cümə axşamı saat 18:00-da SPOTFM kanalında canlı yayımda efirə gedir. SPORTFM kanalı KATV kabel televiziyası, Myvideo.az portalı və Sportfm.az və Milli.az saytı vasitəsilə yayımlanır.
Oxşar xəbərlər
"Bir azərbaycanlı kimi bundan utanıram" -VİDEO
"Futzalda PFL kimi qurum olsa..." - VİDEO
Turxan Quliyev:”Qəbələ” olsa, razılıq verərəm” - VİDEO
Canlı efirdə maraqlı açıqlama: “futzalçıların iki gözü olmur” - VİDEO
“Əvvəl futzalçılarmızın belə bir şansı yox idi”... VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası