Miroslav Kloze "Bavariya" ilə müqavilə bağladı -FOTO
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hansi Flikin yeni köməkçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Münhen təmsilçisi sabiq hücumçusu Miroslav Klozeni əsas komandada köməkçi-məşqçi vəzifəsinə gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
41 yaşlı Polşa əsilli forvard “Bavariya” ilə 1 illik müqaviləyə imza atıb. Amma o, vəzifəsinin icrasına iyul ayının 1-dən etibarən başlayacaq.
“Bavariya” Flikin digər köməkçisi, 31 yaşlı Denni Röl ilə müqavilənin müddətinin də 2023-cü ilin yayına kimi uzadıldığını açıqlayıb.
Qeyd edək ki, Kloze Fliklə Almaniya yığmasında birgə çıxış edib. 2007/08 mövsümünün əvvəlində “Verder”dən “Bavariya”ya transfer olunan hücumçu, 4 il Münhen klubunun uğurları üçün çalışıb. O, bu komandada 98 çempionat oyununa çıxıb, 24 qola imza atıb.
Oxşar xəbərlər
“Bavariya”da yeni rekord
"Bavariya"da maskalı imza mərasimi - FOTO
“Mançester Siti” Sane ilə bağlı qərar verdi
“Bavariya”nın yeni baş məşqçisi məlum oldu
Kloze məşqçiliyə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası