reklam
Ronaldo İtaliyanın ən güclüsüdür -
Sportfm.az xəbər saytı

Ronaldo İtaliyanın ən güclüsüdür -FOTO


"Yuventus"unun futbolçusu Kriştiano Ronaldo İtaliyada mükafatlandırılıb.

Sportfm.az xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində Portuqaliya millisinin üzvü A Seriyasında başa çatmış mövsümünün ən yaxşı oyunçusu seçilib. O, eyni zamanda ölkə çempionatının ən yaxşı hücumçuları arasında yer alıb.

Digər nominasiyalarda aşağıda adları qeyd olunanlar qalib olub.

Ən yaxşı hücumçular: Kriştiano Ronaldo ("Yuventus"), Duvan Sapata ("Atalanta") və Fabio Kualyarella ("Sampdoriya")

Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç ("Yuventus"), Yosip İliçiç ("Atalanta") və Nikolo Barella ("Kalyari"/"İnter")

Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi "Yuventus"), Kalidu Kulibali ("Napoli") və Aleksandar Kolarov ("Roma")

Ən yaxşı qapıçı: Samir Handanoviç ("İnter")

Ən yaxşı komanda: "Atalanta"

Ən yaxşı məşqçi: Can Pyero Qasperini ("Atalanta")

Ən yaxşı arbitr: Canluka Rokki

Ən yaxşı gənc oyunçusu: Sandro Tonali ("Breşiya")

Oxşar xəbərlər

Ronaldo, Messi və Levandovski namizədlər arasında - SİYAHI
A Seriyasının ən yaxşısı bilindi - Paulo Dibala
"Yuventus" - "Atalanta" - 2:2 - VİDEO
Ronaldodan maraqlı jest
Ronaldo yenə səhnəyə çıxdı - "Yuventus" məğlubiyyətdən xilas oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər