reklam
Ronaldodan maraqlı jest
Sportfm.az xəbər saytı

Ronaldodan maraqlı jest


İtaliyanın "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu formasına ötən mövsümün ən yaxşı futbolçusu üçün nəzərdə tutulan nişanı taxmaqdan imtina edib.

Sportfm.az xəbər verir ki, 34 yaşlı hücumçu bu addımını özünü komandanın digər oyunçularından üstün tutmaması ilə əlaqələndirib. O, nişan taxmaqdan imtina edən yeganə futbolçu olub.

Qeyd edək ki, İtaliya A Seriyasında 2018/2019 mövsümünün ən yaxşıları "İnter"dən Samir Handanoviç (qapıçı), "Roma"dan Nikola Zaniolo (ən yaxşı gənc futbolçu), "Napoli"dən Kalidu Kulibali (ən yaxşı müdafiəçi), "Latsio"dan Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), "Sampdoriya"dan Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştianu Ronaldu (ən yaxşı futbolçu) olub.

Oxşar xəbərlər

Gürcü futbolçu mövsümün oyunçusu seçildi
A Seriyasının ən yaxşısı bilindi - Paulo Dibala
Ronaldo İtaliyanın ən güclüsüdür - FOTO
Ronaldu 2018-ci ilin ən yaxşı futbolçusu seçildi
Kriştianu Ronaldu ilin ən yaxşı futbolçusu seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər