reklam
Messi yenə ən yaxşıdır -
Sportfm.az xəbər saytı

Messi yenə ən yaxşıdır -FOTO


"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.

Qızıl top”a namizədlərin ilk 10-luğu belədir:
 
1. Lionel Messi (Argentina, “Barselona”)

2. Vircil van Diyk (Niderland, “Liverpul”)

3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)

4. Sadio Mane (Seneqal, “Liverpul”)

5. Məhəmməd Salah (Misir, “Liverpul”)

6. Kilian Mbappe (Fransa, PSJ)

7. Alisson Bekker (Braziliya, “Liverpul”)

8. Robert Levandovski (Polşa, “Bavariya”)

9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)

10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)

Oxşar xəbərlər

“Qızıl top”a namizədlər - Yeni siyahı
İlin ən yaxşılarına namizədlər açıqlandı - SİYAHI
Messi, Van Deyk, Ronaldo - namizədlər açıqlandı
“Qızıl top”a namizədlər açıqlandı - SİYAHI
"Qızıl top" mükafatının sahibi müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər