reklam
Sportfm.az xəbər saytı

"Qızıl top"un sahibi kim olacaq?


Bu gün Fransanın paytaxtı Parisdə "Qızıl top" mükafatının təltifetmə mərasimi keçiriləcək.

Sportfm.az xəbər verir ki, 2019-cu ilin ən yaxşı futbolçusu son 3 namizəd sırasından seçiləcək. Bunlar İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi, İtaliya "Yuventus"unun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu və İngiltərə "Liverpul"unun Niderlanddan olan müdafiəçisi Vircil van Deykdir.

İndiyədək Messi və Ronaldu 5 dəfə "Qızıl top" qazanıb. Van Deyk isə "3-lüy"ə ilk dəfə düşüb. Mükafatın ötənilki sahibi - "Real Madrid" və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç isə bu dəfə 30 nəfərlik ilkin namizədlər siyahısına belə düşməyib.

Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. 

Oxşar xəbərlər

"Qızıl top"un sahibi bu gün məlum olacaq
"Qızıl top"un qalibi müəyyən olacaq - SİYAHI
“Qızıl top”un sahibi kim olacaq? - 30 namizəd
"Qızıl top"un qalibi bəlli oldu - FOTO
Ronaldu FIFA mükafatının təqdimetmə mərasiminə gəlməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər