Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bəhlul Mustafazadə ilə bağlı yeni iddia
Azərbaycan millisinin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı yeni iddia yayılıb.
Sportfm.az xəbər verir ki, İngiltərə I Liqa təmsilçisi "Sanderlend" Mustafazadəni transfer etməkdə israrlıdır. "Qara pişiklər"in qışda almaq istədiyi beş futbolçudan biri 22 yaşlı müdafiəçidir.
Adı dəqiqləşən digər oyunçu isə "Mançester Yunayted"in üzvü Ceyms Qarnerdir. Komandanın baş məşqçisi Fil Parkinson qışda yeni futbolçular alınacağını açıqlayıb.
"Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) çıxış edir.
Daha öncə Bəhlul ölkə xaricində oynamaq arzusunda olduğunu demişdi.
Gənc müdafiəçi yayda "Qəbələ"dən "Sabah"a keçib.
Oxşar xəbərlər
“Qarabağ” Bəhlul Mustafazadə ilə yeni müqavilə imzaladı
Bəhlul Mustafazadə xarici klubla müqavilə bağladı - Transfer
Bəhlul Mustafazadə "Sabah"da - FOTO
Cerrard "Qəbələ"nin futbolçusuna göz dikdi
Bəhlul Mustafazadə Avropanın adlı-sanlı klublarından birinin hədəfində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası