reklam
Cerrard
Sportfm.az xəbər saytı

Cerrard "Qəbələ"nin futbolçusuna göz dikdi


Şotlandiyanın "Seltik" klubunun maraq dairəsinə düşdüyü iddia edilən "Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı Böyük Britaniya mətbuatında daha bir iddia ortaya atılıb.

Sportfm.az xəbər verir ki, Şotlandiyanın digər klubu "Reyncers" də Azərbaycan millisinin üzvüylə maraqlanmağa başlayıb. "Liverpul"un əfsanəsi Stiven Cerrardın baş məşqçi olduğu komanda 22 yaşlı mərkəz müdafiəçini əzəli rəqibi "Seltik"dən "oğurlamaq" fikrindədir.

Xəbərdə "Qəbələ"də çıxış etmiş Endi Hallideyin Bəhlulu "Reyncers"ə keçməyə razı salmağa çalışacağı da vurğulanıb.

Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, cari mövsüm Premyer Liqada 21 oyun (1737 dəqiqə) keçirib.

Oxşar xəbərlər

Bəhlul Mustafazadə ilə bağlı yeni iddia
Bəhlul "Qəbələ"dən ayrıldı - Karyerasını Azərbaycanda davam etdirəcək
Bəhlul Mustafazadə Avropanın adlı-sanlı klublarından birinin hədəfində
"Reyncers" "Qəbələ"nin futbolçusu ilə bağlı danışıqlara başladı
“Reyncers” “Qəbələ”nin futbolçusu ilə bağlı qərarını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər