Bəhlul Mustafazadə Avropanın adlı-sanlı klublarından birinin hədəfində
"Qəbələ"nin və Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadə mövsümün sonunda Avropaya yollana bilər.
Sportfm.az xəbər verir ki, 21 yaşlı mərkəz müdafiəçisi Şotlandiya nəhəngi "Seltik"in maraq dairəsindədir.
Qlazqo klubunun müdafiəçisi Dedrik Boyata mövsümün sonunda Almaniyanın "Herta" klubuna üz tutacaq. Digər arxa xətt oyunçusu Filip Benkoviç isə "Lester Siti"yə qayıdacaq. Bu səbəbdən də "Seltik" Mustafazadəni transfer siyahısında ilk sıralara yazıb.
Məlumatda qeyd edilib ki, mayda azad agent statusuna yiyələnəcək gənc oyunçu yay toplanışına dəvət olunacaq. Bəhlul özünü yaxşı tərəfdən göstərsə, "Seltik"lə müqavilə imzalayacaq.
Qeyd edək ki, Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, cari mövsüm Premyer Liqada 20 oyun keçirib.(sportal.az)
Oxşar xəbərlər
“Qarabağ” Bəhlul Mustafazadə ilə yeni müqavilə imzaladı
Bəhlul Mustafazadə xarici klubla müqavilə bağladı - Transfer
Bəhlul Mustafazadə ilə bağlı yeni iddia
Bəhlul "Qəbələ"dən ayrıldı - Karyerasını Azərbaycanda davam etdirəcək
Cerrard "Qəbələ"nin futbolçusuna göz dikdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası