Region Liqasının oyunu baş tutmadı -Tibbi yardım maşınına görə
Futbol üzrə Region Liqasının V turu çərçivəsində “İmişli” və Beyləqanın “Mil” komandaları arasında keçirilməli olan oyun baş tutmayıb.
Sportfm.az xəbər verir ki, bu barədə yarışın İşçi Qrupunun üzvü Yusif Vəliyev məlumat verib.
Onun sözlərinə görə, noyabrın 24-də Heydər Əliyev adına İmişli şəhər stadionunda oynanmalı olan qarşılaşma təcili tibbi yardım maşının gec gəlməsi səbəbindən gerçəkləşməyib: “Təşkilatçılıq məsələsinə meydan sahibi komanda məsuliyyət daşıyır. Əsasnaməyə görə, təcili tibbi yardım maşını oyuna 15 dəqiqə qalmış stadionun ərazisində olmalıdır. Əks halda, baş hakim qarşılaşmanı başlaya bilməz. Proqrama əsasən, “İmişli” - “Mil” görüşü saat 15:00-da start götürməli idi. Ancaq təcili tibbi yardım maşını arenaya 15:40-da gəlib. Maşın stadiona çatana qədər artıq oyunun keçirilməyəcəyi ilə bağı qərar verilib”.
Vəliyev bildirib ki, fors-major hallarda 15 dəqiqə gözləmək olar: “Ancaq İmişlidə keçirilməli olan görüşdə meydan sahibləri təşkilatçılıqla bağlı başqa gecikmələrə də yol veriblər. Oyunun keçirilməməsi ilə bağlı qərar isə təcili tibbi yardım maşınına görə olub”.
Qeyd edək ki, “İmişli” - “Mil” oyununun keçirilməməsi məsələsinə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Qaydalara görə, meydan sahiblərini 0:3 hesablı texniki məğlubiyyət gözləyir.
Oxşar xəbərlər
“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı - Qərar
“Qəbələ” təcili tibbi yardım maşınına görə cərimə olundu - Qərar
Azərbaycanda iki klubu təcili tibbi yardım maşınına görə cərimələdilər
Ölkə kubokunda olay - VİDEO
Klub rəsmisi oyun zamanı vəfat etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası