reklam
Komandamız dünya çempionu oldu -
Sportfm.az xəbər saytı

Komandamız dünya çempionu oldu -Alpaqut üzrə


Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində noyabrın 22-də start götürən alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.

Oxşar xəbərlər

Bakıda alpaqut döyüşü üzrə dünya çempionatı keçiriləcək
Alpaqut üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan çempionatında 400-dən çox idmançı mübarizə aparır
Alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları başa çatdı
Alpaqut üzrə dünya kubokunda 300-dən çox idmançı iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər