“Qəbələ”nin "yaşaması" AFFA-nın iclasında müzakirə olunacaq
AFFA-nın baş katibi Elxan Məmmədov “Qəbələ”nin hazırkı durumu haqda danışıb.
Sportfm.az xəbər verir ki, o, radioya verdiyi açıqlamada bildirib ki, bu cür infrastrukturu olan klubun dağılmasına imkan vermək olmaz:
“Qəbələ”nin durumu AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Biz istərdik ki, qəbələli iş adamları kluba dayaq olsunlar. “Qəbələ”nin futbol akademiyası, əla infrastrukturu var. Oradan üzə çıxanlardan biri elə millinin son oyunlarında əsas heyət üzvünə çevrilən Bəhlul Mustafazadədir. Eləcə də digər klublarda çıxış edən “Qəbələ”nin yetirmələrinin adlarını çəkmək olar. İstəməzdik ki, “Qəbələ” klubu fəaliyyətini dayandırsın. Ümid edirəm ki, belə problem olmayacaq. Ordakı infrastrukturu itirmək olmaz. “Qəbələ”nin 6 təbii, 2 süni meydançası var. Klub strukturu peşəkar səviyyədə fəaliyyət göstərir”.
Oxşar xəbərlər
"Qəbələ" yaşayacaqmı? - durum kritikdir
“Gəncədə futbol akademiyası açılacaq” - Elxan Məmmədov
Klublar Komitəsinin iclası keçirildi - FOTO
Samir Abasov "Qəbələ" məsələsinə aydınlıq gətirdi
"Qəbələ" razılıq verdi, "Kəpəz" səfərə yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası