Millinin üzvləri Obradoviçdən narazı qaldı
Azərbaycanın U-21 millisinin əksər üzvü yığmanın çalışdırıcısı Milan Obradoviçdən narazılıq edir.
Sportfm.az xəbər verir ki, serbiyalı mütəxəssislə bağlı daha bir xoşagəlməz hadisə yığmanın AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldiyi oyundan öncə baş verib. 42 yaşlı çalışdırıcı bəzi futbolçulara Lixtenşteynlə rəsmi görüşdə şans verməyəcəyini, yalnız Ukrayna ilə yoxlama oyununda onları meydana buraxacağını deyib. Bu isə azərbaycanlı gənclərin narazılığına səbəb olub.
Doğukhan Öksüz, Hüseyn Seyliğli və Barış Ekincier klublarında oynamasa da, millidə daim start heyətdə yer alırlar. Milan Obradoviçin azərbaycanlı futbolçuların haqqını tapdalaması oyunçuları ruhdan salıb.
Oxşar xəbərlər
Obradoviç Azərbaycan millisindən gedir - Müqavilə bitir
"UEFA 2 futbolçumuzun meydana çıxmasına icazə vermədi" - Milan Obradoviç
AFFA millinin baş məşqçisi ilə yolları ayırır - 6 komanda arasında 5-ci oldu
Gənclərimiz Slovakiyanı son dəqiqələrdə məğlub etdi
Serbiyalı baş məşqçidən AFFA-ya rədd cavabı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası