reklam
Ulduz futbolçu kitabını təqdim etdi -
Sportfm.az xəbər saytı

Ulduz futbolçu kitabını təqdim etdi -FOTO


Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Luka Modriç vətənində “Mənim oyunum” adlı avtobioqrafik kitabının təqdimatını keçirib.

Sportfm.az xəbər verir ki, idman jurnalisti Robert Matteoninin həmmüəllifi olduğu kitab 12 dilə tərcümə ediləcək. 34 yaşlı yarımmüdafiəçi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında gümüş medal qazanandan sonra kitab yazmağa qərar verdiyini bildirib: “Uzun müddətdir kitab yazmağı düşünürdüm. Bu, həmişə mənim üçün böyük bir arzu idi. Ancaq tam mənzərə üçün milli komanda forması ilə uğur çatışmırdı. Rusiyadakı dünya çempionatında gümüş medal qazanandan sonra kitab yazmağa başladıq. Dostum olan idman jurnalisti Robertlə uzun illərdir əla münasibətlərimiz var. O, məni kitab yazmağa təhrik etdi”.

Qeyd edək ki, Modriç karyerası ərzində vətənində “Dinamo” (Zaqreb) ilə “İnter”in (Zapreşiç), Bosniya və Herseqovinanın “Zrinski”, eləcə də İngiltərənin “Tottenhem” klubunun formasını geyinib.

O, Xorvatiya və İspaniya çempionu olmaqla yanaşı, hər ikisində ölkə kubokunun və Superkuboku götürüb. 2018-ci ildə “Qızıl top” mükafatına layiq görülən yarımmüdafiəçi 4 dəfə UEFA Çempionlar Liqasında uğur qazanıb.  

Oxşar xəbərlər

"Qızıl top"u dünya kuboku ilə dəyişərdim" - Luka Modriç
"Sabah" 250 min avroluq futbolçu transfer etdi
Əcnəbi qapıçı Azərbaycandakı karyerası ilə bağlı kitab yazacaq
Məşhur futbolçu I Divizion klubu ilə müqavilə bağladı
"Qarabağ"a həsr olunmuş kitabın təqdimatı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər