İdmançımızdan böyük uğur -Qızıl medal qazandı
Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında körpücük üzərinə çıxıb.
Sportfm.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.
Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.
Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.
Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.
Oxşar xəbərlər
Dünya çempionumuz yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Daha bir qızıl - Avropa çempionatı
Ağırlıqqaldıranlarımız mübarizəyə başlayır - Avropa çempionatı
Türkiyəli idmançıdan Avropa rekordu - VİDEO
Dünya çempionumuz mübarizəyə başlayır - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək
-
İdmançılarımız dünya çempionatını 5 medalla başa vurdu















Misli Premyer Liqası