Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin üzvü Türkiyә klubundan yarım milyon tәlәb edir
FİFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqa klublarından "Elazığspor”un 12 xalı silinib. Sportfm.az xəbər verir ki, bu barədə klubdan yerli mətbuata açıqlama verilib. Məlumata görə, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın "Soşo” klubuna olan borclarının ödəməməsi olub.
Ancaq Elazığ təmsilçisinin borclu olduğu futbolçu təkcə Bilika deyil. Belə ki, klubun 26 futbolçuya borcu var. Həmin futbolçular arasında hazırda "Bursaspor”da çıxış edən və millimizdə oynamağa razılıq verən Dəniz Yılmazın da adı var. Klubun 2013-cü ildə "Maynts”dan transfer etdiyi futbolçuya 313 min avro borcu var. Bu məbləğ isə Azərbaycan pulu ilə 559 min manat edir.
Qeyd edək ki, bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.
Oxşar xəbərlər
Millimizdə oynayan futbolçu Türkiyə klubundan ayrlıldı
"Trabzonspor"un 1 milyard borcu olduğu açıqlandı
Millimizin üzvü Türkiyə klubundan borcunu tələb edir
Dəniz Yılmazın komandası darmadağın oldu
FİFA Türkiyə klubunun 12 xalını sildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası