"Trabzonspor"un 1 milyard borcu olduğu açıqlandı
Türkiyənin "Trabzonspor" klubunun 1 milyard 246 milyon 380 min lirə (təqribən, 588 milyon manat) borcu var.
Sportfm.az xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin nəzarət qurumunun rəhbəri Mahmut Ören klubun Baş Assambleyası ərəfəsində təşkil edilən mətbuat konfransında bildirib.
Borcun 659 milyon 498 min 121 lirəsi qısa, 586 milyon 882 min 258 lirəsi isə uzun müddətlidir.
Örenin sözlərinə görə, 285 milyon 681 min 573 min alacağı çıxıldıqda, xalis borc 987 milyon 698 min 806 lirə təşkil edir.
Qeyd edək ki, "Trabzonspor" 2017-ci ildə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi Rusiyanın "Zenit" klubundan 170 min avro müqabilində transfer edib. Klub 22 yaşlı hücumçuya komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Qara dəniz təmsilçisi 2020-ci ilə qədər müqaviləsi olan yığma üzvünü bu ilin yayında qarşılıqlı razılaşma əsasında sərbəst buraxıb.
Oxşar xəbərlər
"Yuventus" borc batağında - Siyahı
Ərəblər "Trabzonspor"un oyunçusu üçün 8 milyon təklif etdi
Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası