reklam
Sportfm.az xəbər saytı

"Yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm" -Lionel Messi


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi karyerasında yalnız bir dəfə rəqibdən forma istəyib.

Sportfm.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçunun özü "TyC Sports"a açıqlamasında bildirib. Argentinalı forvard həmin şəxsin hazırda "Real Madrid"in baş məşqçisi vəzifəsində çalışan Zinəddin Zidan olduğunu söyləyib: Mən digər oyunçulardan futbolka istəmir, adətən, onlarla dəyişdirirəm. Amma bir dəfə Zidandan forma xahiş etmişəm. Ümumiyyətlə, rəqib komandalarda argentinalı oynayırsa, onlarla formamı dəyişdirirəm. Kimsə məndən xahiş etməsə, özüm heç kimə belə bir istəklə yaxınlaşmıram".

Qeyd edək ki, bu mövsüm Lionel Messi klub səviyyəsində 11 oyunda 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun 2004-cü ildən çıxış etdiyi "Barselona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Oxşar xəbərlər

Messi Neymardan "Real Madrid"ə keçməməyi xahiş etdi
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Messi “Barselona”nın heyətindən çıxarıldı
Messi "Barselona"da qalır - 700 milyon avroya
Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verdi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər