reklam
Messi Neymardan
Sportfm.az xəbər saytı

Messi Neymardan "Real Madrid"ə keçməməyi xahiş etdi


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Fransa PSJ-sinin hücumçusu Neymarın transferi ilə bağlı danışıqlara qoşulub. 

Sportfm.az xəbər verir ki, argentinalı forvard braziliyalı oyunçuya zəng edib. O, Neymardan "Real Madrid"ə keçməməyi və "Barsa"ya qayıtmağı xahiş edib. 

Daha əvvəl Neymar uğrunda mübarizədə "kral klubu"nun öndə olduğuna dair xəbər yayılıb. Bu məlumat PSJ-nin Kataloniya təmsilçisi ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirilib. 

Qeyd edək ki, Neymar "Barselona"da 2013 - 2017-ci illərdə forma geyinib. 27 yaşlı hücumçu ötən mövsüm PSJ-də 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilədək qüvvədədir.

Oxşar xəbərlər

Neymarın transfer qiyməti düşdü
"Yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm" - Lionel Messi
“Barselona” Neymar üçün yeni təklif göndərdi
"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif etdi
Neymar “Yuventus”a keçmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər