reklam
Qadın futbolçularımız 2 qırmızı vərəqə gördü, 3 qol
Sportfm.az xəbər saytı

Qadın futbolçularımız 2 qırmızı vərəqə gördü, 3 qol "yedi" və yenə meydanı başıaşağı tərk etdi


Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, bir qədər əvvəl başa matçda Siyasət Əsgərovun başçılıq etdiyi yığmamız səfərdə Moldova ilə qarşılaşıb. Seçmə mərhələnin D qrupunda yer alan komandamız əvvəlki iki oyunda olduğu kimi 3-cü turda da meydandan məğlub ayrılıb. 

Kişinyov şəhərindəki "Zimbru" stadionunda oynanılan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Olduqca gərgin mübarizə şəraitində keçən qarşılaşmada macarıstanlı hakim hər komandadan iki futbolçuya qırmızı vərəqə göstərib.

Millimiz qrupda bundan əvvəl keçirdiyi ilk iki oyunda həm İspaniya, həm də Çexiyaya 4 cavabsız qolla uduzub.

AÇ-2021-in seçmə qrup mərhələsi

10 noyabr

D qrupu

18:00. Moldova - Azərbaycan 3:1

Qollar: Tabur, 10, Muntyanu, 50 (penalti) və 62 (penalti) - Dorofeyeva, 39.

Qırmızı vərəqələr: Prişakari, 38, Topal, 77 - Seyfəddinova, 74, Hacıyeva, 90+1.

Hakimlər: Katalin Sipos, Yudit Kulşar, Anita Vad, Ryeka Molnar

Kişinyov, "Zimbru" stadionu.

Oxşar xəbərlər

Futbolçularımız qrup qalibi oldular
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzdu - Avropa çempionatı
Millimizdən ardıcıl 4-cü məğlubiyyət - Dünya çempionatı
Qadın futbolçularımız yenə uduzdu - bu dəfə Montenegroya
Millimiz Moldovaya məğlub oldu - Yoxlama görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər