reklam
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzdu -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzdu -Avropa çempionatı


19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşıb. Bolqarıstanın Albena şəhərində oynanılan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Miloş Velebitin baş məşqçi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.

24 sentyabr

14:00. Türkiyə - Azərbaycan - 5:1

Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti). Emir Ortakaya, 76 - Nəriman Axundzadə, 44 (penalti)

Qırmızı vərəqə: Qurban Səfərov, 50 (Azərbaycan)

Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)

Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.

Oxşar xəbərlər

Millimiz seçmə mərhələni xalsız başa vurdu - Avropa çempionatı
Azərbaycan millisi Türkiyəyə qarşı - Avropa çempionatı
"Kəpəz"in futbolçu milli komandada
Millimizin oyunlarını idarə edəcək hakimlər - Avropa çempionatı
Yenə böyük hesabla uduzduq - MDB Oyunları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər