reklam
Cüdoçularımız Kamerunda qızıl, gümüş və bürünc medallar qazandı -
Sportfm.az xəbər saytı

Cüdoçularımız Kamerunda qızıl, gümüş və bürünc medallar qazandı -FOTO


Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.

Sportfm.az xəbər verir ki, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.

Azərbaycanın bütün idmançıları Kamerunda medal qazanmağa müvəffəq olublar. Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

Oxşar xəbərlər

Cüdoçularımız Fransada 2 gümüş, 1 bürünc qazandı - Avropa kuboku
Azərbaycan cüdoçusu Avropa kubokunda bürünc medal qazandı
Cüdoçularımız Rumıniyada 1 qızıl, 3 bürünc medal qazandı - FOTO
Cüdoçularımız Afrika kuboku uğrunda yarışdı - FOTO
Cüdoçularımız 4 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər