reklam
Tərlan Əhmədov:
Sportfm.az xəbər saytı

Tərlan Əhmədov:"Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur"


"Bu 3 xal bizə lazım idi. Komandamız möhtəşəm oynadı. Son oyunlarda qol imkanı yaradaraq, fərqlənə bilmirdiksə, bu gün geridə olduğumuz oyunu geri çevirdik".

Sportfm.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri  matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis oyunun sonlarında yaşanan insidentlə əlaqədar futbolçularını müdafiə edib: "Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur. Onları heç kim aşağılaya bilməz. Öz futbolçularımın arxasında durmalı idim. İndiyədək elə bir futbolçu olmayıb ki, onunla soyuqluğum olsun. Füzuli Məmmədovla uzunmüddətli səfərə çıxmışıq. Futbolun emosionallığı ondadır ki, futbolçular kimi məşqçilər də belə insident yaşayırlar. Amma bunlar elə meydanda qalır. Füzuli Məmmədovla oyundan sonra görüşməmişəm. Yəqin ki, ya sabah zəng edəcəyəm, ya da bu gün zəng edib danışacağam".

Əhmədov komandanın qışda daha da güclənməyə ehtiyacının olduğunu vurğulayıb: "Hələ siyahı hazırlamamışam. Yeni nəfəs istəyirik. 3 oyunçuya, o cümlədən, 1 hücumçuya ehtiyacımız var. Qarşıda 3 çətin oyunumuz olacaq. Heyətdə dəyişikliklər edəcəyik. Amma indidən bu haqda danışmaq tezdir".

Baş məşqçi Sezar Meza Kollinin çıxışından razılıq ifadə edib: "Hər bir komandada lider futbolçu olmalıdır. Dani Kintana zədələnəndən sonra "Qarabağ" APOEL-ə qarşı oynaya bilmədi. Sezarın liderliyi göz önündədir. Onun komandaya xeyri varsa, niyə də yararlanmayaq? Futbolçuları motivasiya etmək üçün fərqli üsul seçmişdim və bunun bəhrəsini gördük. Meza Kolli bundan da yaxşı çıxış edə bilər".

"Yarımmüdafiə xəttində Con Kamara və Tural Bayramlı olmasa, hər hansı rotasiyaya əl atacağıq" deyə Əhmədov fikirlərini tamamlayıb.

Oxşar xəbərlər

"Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi" - Samir Abasov
"Fasilədən sonra ilk oyun çətin olur” - Tərlan Əhmədov
Tərlan Əhmədov: "Biz komandamızı sözlə motivasiya edirik"
"Hücum xəttindən razı qala bilmərəm" - Tərlan Əhmədov
Tərlan Əhmədov:"Qlobal dəyişiklik edə bilmərəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər