reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" yeni rekorda imza atdı


“Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. 

Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib.

1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 

2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib. Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur.

Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.

Oxşar xəbərlər

"Qarabağ"ın 36 oyunluq seriyası qırıldı
Məğlubiyyətsiz seriyalar - "Qarabağ", "Kəpəz", "Turan", "Neftçi", "Şəmkir"
"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı
Qurban Qurbanov yeni rekorda imza atdı
“Qarabağ”dan iki rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər