Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Bu baxımdan heç kimdən geri qalmırıq”
U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində Avstriya ilə keçirilən oyundan (1:3) sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd görüş haqda fikirlərini bildirib. Sportfm.az xəbərinə görə, AFFA-nın saytına danışan gənc mütəxəssis qeyd edib ki, nəticə ürəkaçan olmasa da, futbolçular əzmkar oyun nümayiş etdirblər: "Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək, yaxşı komanda olduğunu sübut edib. Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.
Oxşar xəbərlər
Qadın yığmamızın baş məşqçisi Portuqaliyadan qorxdu: ən güclü bizə düşdü
"Ruhdan düşmürük, işimizi davam etdiririk" - Millinin baş məşqçisi
Milan Obradoviç: "Heç bir səhvə yol vermədik"
Əcnəbinin çalışdırdığı millimiz bərabərə qaldı
Millimizdən son oyunda qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası